RU
Bakıda qadının üzərinə silah çəkdilər
15:30
950

Bakıda qadının üzərinə silah çəkdilər

DİN məlumat yaydı.

Bakıda mağazada işləyən qadını tüfənglə hədələyən şəxs tutulub.

7News.Az  Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də Xəzər rayonunun Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci Polis Bölməsinə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələməsini bildirib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İsimxan Əliyev saxlanılıb, hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ