Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman ikinci həyat yoldaşının anası ilə ailə-məişət zəminində mübahisə edib.
Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report
7news.Az








