RU
Bakıda qəza zamanı komaya düşən tələbə öldü
11:00
94

Bakıda qəza zamanı komaya düşən tələbə öldü

Paytaxtda yol qəzasında aldığı xəsarətlərdən komaya düşən tələbə xəstəxanada ölüb.

7News.Az APA-ya istinadən xəbər verir ki, 19 yaşlı piyada Sabunçu rayonu 3 nömrəli Şəhər Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, ölüb.

Qeyd edək ki, hadisə Heydər Əliyev prospektində baş verib. 2003-ci il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.

Həmin vaxt onu minik maşını vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ