RU
Bakıda qohumlar arasında kütləvi dava
11:17
1056

Bakıda qohumlar arasında kütləvi dava

Paytaxtda kütləvi dava olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Tural Fərəcullazadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub. Həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun qardaşları Ağamehdi və Raminlə birgə dayısı Naib Vəliyevin yaşadığı evə gələrək münaqişə etmələri, səs-küyə gəlmiş qonşuluqda yaşayan digər qohumları Sahib Əliyevin və qardaşı Rzanın münaqişəyə müdaxilə edərək bir-birilərinə xəsarət yetirmələri, bu zaman Rzanın Tural Fərəcullazadəyə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Hadisənin digər iştirakçıları yaxalanaraq məsuliyyətə cəlb olunublar./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ