Həsənzadənin qəfildən ürəyi tutub.
Bakıda restoranda ölüm hadisəsi baş verib.
7News.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə S. S. Axundov küçəsi 6 ünvanında yerləşən “Zümrüd” restoranında qeydə alınıb.
Restorana gələn müştəri, 1962-ci il təvəllüdlü Vaqif Həsən oğlu Həsənzadə qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır./apa
7News.Az








