RU
Bakıda silahlı insident: Ehtiyatsızlıqdan özünü güllələdi
12:00
243

Bakıda silahlı insident: Ehtiyatsızlıqdan özünü güllələdi

Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Hadisə sentyabrın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən "İj” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ