RU
Bakıda söyüşə görə DAVA: 4 nəfər bir kişini...
12:09
492

Bakıda söyüşə görə DAVA: 4 nəfər bir kişini...

Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.

Report-un xəbərinə görə, Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu" kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.

Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ