RU
Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO
14:43
364

Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. 

Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir./apa

7news.Az

----

Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

7news.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. 

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. 

Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. 

Əlavə məlumat veriləcək.

---

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

7news.Az APA-ya istinadən xəbər verir ki, yanğın universitetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

 

7news.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ