Qaradağ rayonunda yaşayan Samirə Heydərova 106 nömrəli ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımovaya qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
S. Heydərovanın vəkili Lalə Mənsurova Xeber.News-a bildirib ki, işə Qaradağ Rayon Məhkəməsində fevralın 7-də baxılacaq.
Qeyd edək ki, S. Heydərovanın qızı, həmin məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb. Müəllimə qarşı maddi və mənəvi ziyana görə 60 min manatlıq təzminat iddiası qaldırılıb.
7News.Az








