RU
Bakıda və rayonlarda komendant saatı tətbiq ediləcək? - Deputatdan hamını maraqlandıran AÇIQLAMA
12:00
659

Bakıda və rayonlarda komendant saatı tətbiq ediləcək? - Deputatdan hamını maraqlandıran AÇIQLAMA

Azerforum.com-un xəbərinə görə,  deputat Azər Badamov bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə vətəndaşların məsuliyyətlə yanaşması vacibdir: "Operativ Qərargah 9 şəhər və rayonu narıncı zonaya daxil edərək 14-15 iyun tarixlərində həmin yerlərin qapadılması ilə bağlı qərar qəbul etdi. Biz nə etdik? Çalışdıq ki, hərə özünə bir yol taparaq rayonlara qaçsın .Təbii ki, bu qəbuledilməzdir. Biz dərk etməliyik ki, yaşadığımız yer qapadılırsa buranın infeksiya yayılma riskini nəzərə alınaraq belə qərar qəbul edilir. Hamız da müəyyən olunmuş iki gündə qapalı vəziyyətdə yaşamalıyıq. Biz isə infeksiyanı bölgələrə daşımağa çalışırıq. Nəticədə isə yeni yaşayış yerlərində də həyəcan təbilini çaldırılmasını zəruri edirik. Biz bir dəfəlik dərk etməliyik ki, pandemiyaya görə hərəkətimiz minimumlaşmalıdır, tibbi maska taxılmalıdır. Biz isə tibbi maskasını çənəmizə taxırıq və polis görəndə ağzımıza keçirdirik. Bu belə olmamalıdır. Birdəfəlik dərk etməliyik ki, tibbi maska ilə yaşamağa öyrəşməliyik. Tanıdığımız adamlarda yoluxmalar vədünyasını dəyişənlər gözümüzün önündə baş verir. Çox maraqlıdır ki, niyə nəticə çıxarda bilmirik. Komendant saatının rayonlara tətbiq olunacağını düşünmürəm. Sadəcə narıncı zonaya daxil yaşayşış məntəqlərində yaşayan insanların heç bir halda regionlara istirahətə getməsinə icazə verilməməlidir. Hərəkət tamamilə dayanmalıdır ki, nəticə əldə edək"./Sonxeber
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ