RU
Bakıda yol polisi yoxa çıxıb - Axtarılır
12:27
725

Bakıda yol polisi yoxa çıxıb - Axtarılır

Azərbaycanda yol polisi yoxa çıxıb.

7news.Az xəbər verir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib: "Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
 
Qeyd edək ki, yaydığımız xəbərdə vurğulanırdı ki,Bakı şəhər Dövlət Yol Polisinin növbətçi hissənin rəisinin sürücüsü Əliş Kərimov DYP əməkdaşı yoxa çıxıb. Məlumata görə sürücü idarə etdiyi 460 nömrəli DYP-nə məxsus avtomobildən yoxa çıxıb. "Əlişka” ləqbilə çağrılan bu DYP əməkdaşı daha çox sürücülərə divan tutan şəxs kimi tanındığı iddia edilir və onun Bakı şəhər DYP-nin Alay Komandiri Rəşadət Babayevlə yaxın olduğu da iddia edilir. Məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhər Dövlət Yol Polisinin İçtimayyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov bildirdi ki, onda bu haqda hər hansı bir məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək istəyirsinizsə DİN-nin mətbuat xidməti ilə əlaqə saxlayın.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ