Dünən saat 17.30-da Bakının Neftçilər prospektində, "Abşeron" mehmanxanasının yaxınlığında yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində yol polisi maşınının əsasən ön hissəsinə ziyan dəyib.
7News.az bildirir ki, qara rəngli avtomobilin sürücüsü Dəniz Limanının qarşısından 6 zolağı keçərək sola - "Absheron" otelin qarşısına manevr edərkən düzünə gedən DYP avtomobilini vurub səkiyə çıxarıb. Bunu baku.ws-nin təqdim etdiyi videoda da görmək mümkündür.//Avtosfer.az
00:00
00:00










