Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.
7NEWS.Az







