RU
Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı
18:30
488

Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı

Bakıda 13 yaşlı yeniyetmə qız özünü öldürmək istəyib.

Bu barədə 7News.Az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Aprelin 21-də saat 18:20 radələrində akademik Mir Cəlal Paşayev küçəsi ev 8 ünvanında 13 yaşlı Məmmədli Ülviyyə Ülvi qızı özünü beşinci mərtəbədən atıb. 

Xoşbəxtlikdən qız yerə düşən zaman ağaca ilişib və sağ qalıb.

Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta-ağırdır.

Araşdırma zamanı məlum olub ki, Ü.Məmmədli həmin küçədə ev 24 ünvanında yaşayır. 

Hələlik onun intihara cəhd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ