RU
Bakıətrafı xətt üzrə avtobusların marşrutu dəyişəcək
12:25
586

Bakıətrafı xətt üzrə avtobusların marşrutu dəyişəcək

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində - 22 may tarixində Bakıətrafı kənd və qəsəbələrdə istiqaməti dəyişəcək sərnişin avtobuslarının marşurut xətləri açıqlanıb.

7News.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, mayın 22-də "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən daxil olan 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq.
 
Mayın 22-də artıq səhər saatlarından başlayaraq Zabrat-Maştağa istiqamətindən "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqaməti Bakıxanov dəmir yolu stansiyasına, Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və "Həzi Aslanov" metro stansiyasına istiqamətləndiriləcək. Eyni zamanda Ziya Bünyadov prospektindən 24 saylı marşurut xətti üzrə avtobuslar Əsədullayev-Y.Əliyev-Mehmandarov, Sülh-Qəmbərov-R. Rüstəmov-Q. Qarayev prospekti-Ş. Mirəzyev- T. Abbasov-Ə. Vəliyev-Q.Qarayev prospekti, sonra mövcud xətt üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Z. Bünyadov-Q.Qarayev-Ə. Vəliyev-M.Abbasov-Ş. Mirəzyev-Q.Qarayev prospekti-R.Rüstəmov-Qəmbərov-Əfəndiyev-Sülh-Mehmandarov-Y.Əliyev-Əsədullayev xətti üzrə sərnişin daşıyacaq.
 
Ziya Bünyadov prospektindən 93 saylı marşrut xətti üzrə avtobuslar E. Mehdiyev-Bakıxanov-dəmir yolu stansiyası-Əfəndiyev-R. Qəmbərov-R. Rüstəmov-Ş. Mirəzyev-T. Abbasov-Ə. Vəliyev-Q. Qarayev prospekti-Ziya Bünyadov prospekti, sonra isə mövcud xətt üzrə hərəkət edəcək. Bu marşrut üzrə avtobuslar əks istiqamətdə Z. Bünyadov-Q. Qarayev-Ə. Vəliyev-M. Abbasov-Ş. Mirəzyev-Q. Qarayev prospekti - R. Rüstəmov- R. Qəmbərov-Əfəndiyev-Y. Əliyev-Əsədullayev, sonra isə mövcud xətt üzrə işləyəcək.//apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ