RU
Bakının bu əraziləri susuz qalacaq
12:43
479

Bakının bu əraziləri susuz qalacaq

Paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 7news.Az-a verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

Bununla əlaqədar, 6 oktyabr da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ