RU
Günəşdə güclü partlayışlar qeydə alındı
14:30
22

Günəşdə güclü partlayışlar qeydə alındı

Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu öz saytında məlumat verib.

"Aprelin 23-də Moskva vaxtı ilə saat 07:35-də (Bakı vaxtı ilə saat 08:35) 4419 günəş ləkəsi qrupunda (N16W58) rentgen diapazonunda 28 dəqiqə davam edən M1.7 sinifli partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib.

Bakı vaxtı ilə saat 08:59-da isə 4420 günəş ləkəsi qrupunda (N16E43) rentgen diapazonunda ikinci M1.2 sinifli partlayış baş verib. Onun müddəti 18 dəqiqə təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ