Bakının Səbail rayonu, Rəsul Rza küçəsi, ev 19 ünvanında bina sakinləri redaksiyamıza müraciət edərək ümumi istifadə olunan girişin dönərxana ilə qapadıldığını bildiriblər.
Sakinlər vurğulayıb ki, həmin həyətə təcili tibbi yardım, yanğınsöndürənlərin və digər mexaniki nəqliyyat vasitələrinin keçidinin təmin edilməsi üçün nəzərdə tutulub: "Bununla bağlı artıq məhkəməyə də müraciət olunub. Bu günə qədər keçirilən bir neçə məhkəmə prosesi bizim xeyrimizə qərar çıxarıb. Lakin bu qərarla razılaşmayan dönərxana sahibi Ali məhkəməyə müraciət edib. Son olaraq Ali Məhkəmə, hakim İlqar Dadaşovun sədrliyi ilə avqust ayının 8-də keçiriləcək”.
Səbail Rayon İcra Hakimiyyətindən BiG.AZ-a verilən məlumata görə, hazırda məsələ ilə bağlı araşdırmalar aparılır: "Araşdırmalardan sonra dönərxananın sökülüb-sökülməməsi ilə bağlı qərar veriləcək”.

7news.Az