RU
Bakının mərkəzində aksiyaya cəhd - DİN-dən reaksiya
14:32
98

Bakının mərkəzində aksiyaya cəhd - DİN-dən reaksiya

Bu gün Tərtər hadisələri ilə bağlı həbs edilənlərin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığına toplaşıb. Onlar Tərtər işi ilə bağlı istintaqın ədalətli və düzgün aparılmadığını deyərək etiraz ediblər.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfoya açıqlamasında bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

"Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib"./milli

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ