RU
“Bakubus”ın avtobusu səfirliyin maşını ilə toqquşdu
15:04
388

“Bakubus”ın avtobusu səfirliyin maşını ilə toqquşdu

"Bakubus” avtobusu paytaxtda qəzaya düşüb.

7News.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

İlkin məlumata görə, avtobus dönmə əməliyyatını yerinə yetirən zaman Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado” markalı, 040 D 001 qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyməyib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ