RU
Balakəndə 21 yaşlı arvadını öldürən şəxsin məhkəməsi başlayır
20:00
227

Balakəndə 21 yaşlı arvadını öldürən şəxsin məhkəməsi başlayır

Balakəndə arvadını öldürməkdə təqsirləndirilən Elton Layicovun barəsindəki ibtidai istintaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmə baxış iclası noyabrın 30-na təyin olunub.

Qeyd edək ki, bu il iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürцдməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ