7NEWS.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) dərc etdiyi həftəlik bülletenə görə, sektorun kredit həcmi 8 dekabr tarixinə 11 milyard 363 milyon lirə azalıb. Sözügedən dövrdə ümumi kredit həcmi 11 trilyon 315 milyard 278 milyon lirədən 11 trilyon 302 milyard 915 milyon lirəyə enib. Banklararası daxil olmaqla bank sektorunda cəmi depozitlər keçən həftə 14 milyard 830 milyon lirə artıb. Bank sektorunun söz mövzusu həftədə yüzdə 0,1 artan cəmi depozitləri 14 trilyon 161 milyard 624 milyon lirəyə çatıb.
7NEWS.az








