Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının qaldığı 5 nömrəli düşərgədə baş verən yanğında 7 minə yaxın Rohinca müsəlmanı evsiz qalıb.
7NEWS.az xəbər verir ki, Banqladeşdə əksəriyyəti 2017-ci ildə Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinca müsəlmanına ev sahibliyi edən Koks-Bazar şəhərindəki 5 nömrəli düşərgədə ötən gecə yanğın baş verib. Qısa müddətdə böyüyən yanğında təxminən 800 ev kül olarkən, təxminən 7 min Rohinca müsəlmanı evsiz qaldı. Yanğın 3 saat sonra yerli vaxtla saat 01:00 radələrində nəzarətə götürülüb.
7NEWS.az








