RU
Barak Obama Vyetnamda
12:36
998

Barak Obama Vyetnamda

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Vyetnama 3 günlük rəsmi səfəri başlayıb.

7News.Az xarici mediaya istinadən bildirir ki, bununla əlaqədar paytaxt Hanoyda təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. “Ağ ev” rəhbərinin gündəmində iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq və ticarət sazişləri imzalamaqdır. Vyetnam rəsmiləri isə Obama ilə keçirilən görüşlər sayəsində Birləşmiş Ştatların 1984-cü ildən bu yana Hanoya tətbiq etdiyi silah embarqosunun ləğvinə çalışacaq.

Obamanın Vyetnama 3 günlük səfəri isə öz ölkəsində birmənalı qarşılanmır. Ölkə müxalifəti səfərin Çinlə münasibətləri daha da korlayacağından narahatdır. Məsələ burasındadır ki, Vyetnamın da Çinə qarşı ərazi iddiaları var və Vaşinqtonun bu ölkəyə silah satışına icazə verməsi Pekini qıcıqlandıra bilər.

Qeyd edək ki, 40 il əvvəl baş verən Vyetnam müharibəsindən sonra, Obama bu ölkəyə səfər edən üçüncü ABŞ prezidentidir. O, Vyetnamdan sonra Yaponiyaya yola düşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ