RU
Baş həkimin xəsarət aldığı dəhşətli qəzanın görüntüləri yayıldı - anbaan VİDEO
14:10
63

Baş həkimin xəsarət aldığı dəhşətli qəzanın görüntüləri yayıldı - anbaan VİDEO

Dünən Şəki şəhərində baş verən zəncirvari yol qəzasınını görüntüləri yayılıb.

7News.Az day.az-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-OU-155 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə Şəki sakinin idarə etdiyi "Nissan" markalı avtomobil toqquşub. Daha sonra "Mercedes" idarəetmədən çıxaraq yol kənarında dayanan daha 4 avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı xəsarət alan "Nissan" markalı avtomobilin sürücüsü Akif Əsədullayev uzun müddət Şəki Psixiatriya Xəstəxanasının baş həkimi işləyib.

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ