"Patriot” sistemlərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr davam edir.
7NEWS.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "France24"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO müttəfiqləri bu günə qədər göndərilən silahları işlək vəziyyətdə saxlamaq üçün kifayət qədər sursat və ehtiyat hissələri olduğundan əmin olmalıdırlar.
"Bizim müttəfiqlər arasında əlavə sistemlərin göndərilməsi üzrə dialoqumuz davam edir. Lakin çatdırılan bütün sistemlərin işlək olmasını təmin etmək getdikcə daha vacib hal yaradır”, - deyə Stoltenberq bildirib.
Ukraynanın Rusiya qüvvələrindən müdafiə olunması üçün daha çox silah tələb etməsi NATO-nun hərbi ehtiyatlarına da təsir edib.
"Biz həm çəkindirmə, həm də müdafiə üçün öz ehtiyatlarımızı artıra bilmək, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə davam etmək üçün hasilatımızı gücləndiririk”, - deyə Stoltenberq bildirib.
7NEWS.Az








