Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq işinə cəlb olunan şahid, jurnalist Hüseyn Gülerce ifadəsində şok effekti yaradan açıqlamalar verib.
7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Zaman” qəzetinin keçmiş yazarı olan Hüseyn Gülerce FETÖ-çü Mustafa Yeşilin ona söylədiklərini açıqlayıb.
"2013-cü il 17-25 dekabr hadisələrindən sonra Mustafa Yeşil "Ahmed Taşgetiren "Bugün”dən ayrıldı, "Star”a keçdi, batan gəmiyə tullandı. O batan gəmiyə sən tullanma. Onsuz da baş nazir (dövrün baş naziri Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutur –red.) bələdiyyə seçkilərini görə bilməyəcək” dedi. Məni razı salmağa gəlmişdi. Baş nazirin son kartlarını oynadığını söylədi. "Baş nazir ya intihar edəcək, ya da psixiatriya xəstəxanasına gedəcək” dedi”, - deyə Hüseyn Gülerce bildirib.
7News.az








