RU
Baş nazirdən QƏRAR: 18-25 yaş arası vaksin vurduran gənclərə 304 manat dəyərində kart veriləcək
14:30
272

Baş nazirdən QƏRAR: 18-25 yaş arası vaksin vurduran gənclərə 304 manat dəyərində kart veriləcək

Yunanıstanda ən azı bir doza yeni tip koronavirus (Kovid-19) peyvəndi olan 18-25 yaşlı vətəndaşlara 150 avro (təxminən 304 manat) dəyərində kart veriləcək.

7News.Az Yunan mediasına istinadla xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Mitsotakis, hökumətin Kovid-19 peyvənd proqramı ilə əlaqədar təqdimatında çıxış edərkən deyib.

Gəncləri peyvəndləmə prosesinə təşviq etmək üçün "sərbəst keçid" adlı bir proqram hazırladıqlarını söyləyən Baş nazir bunun effektli olacağını ehtimal edir.

Miçotakis, İyul ayının sonundan etibarən fəaliyyətə keçəcək olan proqram çərçivəsində gənclərin nəqliyyat, yaşayış, mədəniyyət və əyləncə daxil olmaqla bir çox yerlərdə bu kartı istifadə edə biləcəyini ifadə edib.

Aylardır davam edən karantin dövrünün xüsusilə gənclərin sosial həyatına böyük ziyan vurduğunu vurğulayan Miçotakis, "Bu, gənclərimizə olan borcumuzdur. Xüsusilə yazdan əvvəl göstərdikləri səbr və əzm üçün təşəkkür edən bir hədiyyədir", - deyə əlavə edib.

Rəqəmsal Siyasət Naziri Kiryakos Pierrakakis, bu proqramdan faydalanmaq istəyən gənclərin ilk dozalarını aldıqdan bir gün sonra hökumətin onlayn platforması vasitəsi ilə kart üçün müraciət edə biləcəyini söyləyib.

Qeyd edək ki, Yunanıstandakı 11 milyonluq əhalinin yüzdə 33-ü peyvənd müddətini artıq tamamlayıb. Ölkədəki 18-25 yaş arasındakı gənclərdən 940 min nəfəri Kovid-19 peyvəndi ən azı bir dozasını vurdurub. Epidemiyanın başlanğıcından bəri 420 min 905 yoluxma və 12 min 664 ölüm hadisəsi qeydə alınıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ