RU
11:11
1704

"Baş verənlər dövlət çevrilişidir"

Braziliya prezidenti Dilma Russef senat tərəfindən vəzifəsindən uzaqlaşdırılmasından sonra mətbuat konfransı keçirib. O bildirib ki, hazırda ölkəsində baş verənlər dövlət çevrilişidir.

7News.az bildirir ki, O, hüquqlarını qorumaq üçün sona qədər mübarizə aparacaq. Hökumətdəki bəzi insanların bu işdə xüsusi rol oynadığına diqqət çəkən Dilma Russef ona qarşı qərəzin nədən qaynaqlandığını anlamadığını dilə gətirib. Onun sözlərinə görə, büdcəylə bağlı qəbul edilən bütün qərarlar hüquq və qanunlar çərçivəsində olub. O, həyata keçirilən layihələrdə korrupsiyaya yol verməyib. 58 milyon insanın səsiylə hakimiyyətə gəldiyinə diqqət çəkən xanım siyasətçi, senat tərəfindən belə bir qərarın qəbulunun seçicilərə qarşı hörmətsizlik və hüquq pozuntusu olduğunu deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ