Axtardığı namizədini hələ də tapa bilməyən Hənifəni haqqında yazılan və içərisində "Başı bağlı, o adamdan bu adama qaçan" kimi ifadələr yer alan yazı ağladıb.
7News.az haberler-ə istinadən xəbər verir ki, iki gün əvvəl Emin Çölaşanın qələmə aldığı yazıda evlilik proqramlarına ağır tənqidlər edilib və gəlin namizədi Hənifə üçün "Ağzında söz durmayan, ya da işi-gücü olmayanlar aylarla verilişdə qalır və üstəlik proqram rəhbərliyi tərəfindən maaşla təmin edilirlər. İştirakçıların çoxu otellərdə yerləşdirilir. Məsələn, başı bağlı, o adamdan bu adama qaçan işvəli, "müsəlman" (başı bağlı) qız üçün İstanbulun Acarkent bölgəsində kirayə ev tutulur", - ifadələrini işlədib.
Star TV-də yayımlanan "Duymayan kalmasın" proqramının iştirakçısı olan Hənifə bu yazıdan sonra əhvalının korlandığını dilə gətirib. Sosial şəbəkədə evlilik proqramlarıyla əlaqədar pis bir yazı yazıldığı zaman onun fotolarından istifadə edildiyini deyən Hənifə: "Mən ailə qurmağa gəldim. Ancaq üzərimə çox gəlirlər. Bir insanın üzərinə bu qədər gəlmək olmaz. Özümü güclə saxlayıram. Mən yalnız özümə cavabdehəm", - deyib.
Canlı yayımda göz yaşlarına hakim ola bilməyən Hənifə bir müddət studiyadan ayrılıb, sonra təkrar geri qayıdıb.//milli.az
7News.az








