RU
Başqası ilə evlənmək istəyən keçmiş arvadını küçədə bıçaqladı
23:00
919

Başqası ilə evlənmək istəyən keçmiş arvadını küçədə bıçaqladı

Qadın keçmiş əri tərəfindən küçədə bıçaqlanıb.

İstanbulda yaşayan Nəciməddin G. bir il əvvəl boşandığı həyat yoldaşı Müzəyyən B. ilə rayon mərkəzində rastlaşıb. Həmin an kişi üzərində olan bıçaqla keçmiş arvadının üzərinə hücum edib və küçədə qadına xəsarətlər yetirməyə başlayıb.

Bədəninin müxtəlif yerlərindən aldığı bıçaq zərbələri ilə yerə yıxılan qadın kömək istəyərkən,  keçmiş əri əlindəki bıçaqla ətrafdakıları hədələyərək yaxınlaşmalarına mane olub.

Ərazidə olan polis əməkdaşlarının hadisə yerinə gəlməsi nəticəsində Nəcməddin G. zərərsizləşdirilib. Yaralı qadına ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən saxlanılan Nəciməddin G. ifadəsində keçmiş həyat yoldaşını başqası ilə evlənmək istədiyi üçün bıçaqladığını bildirib. /olke


 

7NEWS.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ