RU
Daşkəsəndə göldə batan kişinin meyiti tapılıb - Yenilənib
13:20
336

Daşkəsəndə göldə batan kişinin meyiti tapılıb - Yenilənib

Daşkəsəndə bir nəfər süni göldə batıb.

7news.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

***

H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

7news.Az 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ