RU
Bayden
23:40
776

Bayden "ABŞ-ın hərbi gücü hər problemə cavab olaraq istifadə edilməməlidir”

ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasında çıxış edib.

Prezident ABŞ-ın müharibələrə son verməyə başladığını və bunun heç vaxt həll yolu olmadığını vurğulayıb: "ABŞ-ın hərbi gücü bizim son vasitəmiz olmalı, dünyada gördüyümüz hər problemə cavab olaraq istifadə edilməməlidir”.

C.Bayden ABŞ-ın öz dəyərlərinə və strategiyasına sadiq qalacağını deyib: "Güclü ölkələrin zəif ölkələri əzmək və torpaqlarını ələ keçirmək səylərinə qarşı çıxacağıq. Yeni bir soyuq müharibənin arxasınca qaçmırıq”.

Prezident Yaxın Şərqdəki münaqişələrin həll olunması üçün səylərini davam etdirdiyini bildirib: "Bu həll yolu üçün hazırda çox iş görməliyik”.

Nüvə silahlarından təmizlənmə mövzusuna üstünlük verəcəyini qeyd edən C.Bayden ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını alması üçün verdiyi sözə əməl edəcəyini nəzərə çatdırıb: "İranın nüvə sazişinin şərtlərinə qayıtmasını təmin etmək üçün 5+1 (Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ, Almaniya) ölkələri ilə diplomatik səylərimizi davam etdiririk. İran nüvə anlaşmasının şərtlərinə qayıtsa, biz də eynisini etməyə hazırıq”./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ