RU
Bayden
14:00
759

Bayden "İda" qasırğasının ziyan vurduğu bölgələrə baş çəkəcək

ABŞ prezidenti Co Bayden sentyabrın 7-də Nyu-Cersi ştatının Kuins rayonuna və Menvill şəhərinə gedəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"7 sentyabr tarixində prezident "İda” qasırğası nəticəsində dəymiş ziyanı dəyərləndirmək üçün Menvill (Nyu-Cersi ştatı) və Kuinsə (Nyu-York şəhəri) səfər edəcək”, - deyə yazılı məlumatda qeyd olunub.

Cümə günü Bayden Nyu-Orleana (Luiziana ştatı) baş çəkib.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ