RU
Bayden kimin qalib gəlməsindən asılı olmayaraq andiçməyə qatılacaq
12:20
31

Bayden kimin qalib gəlməsindən asılı olmayaraq andiçməyə qatılacaq

Noyabrın 5-də keçiriləcək prezident seçkilərinin qalibindən asılı olmayaraq, ABŞ prezidenti Co Baydenin andiçmə mərasiminə qatılacağı bildirilib.
 
7News.Az Qərb mediasına istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat brifinqində prezident seçkiləri ilə bağlı açıqlamalar verib.

Jan-Pyer bildirib ki, Bayden prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq , onun andiçmə mərasimində iştirak edəcək.

"Andiçmə mərasimində iştirak etmək, orada olmaq, müntəzəm olaraq görülən işlər protokol qaydasıdır. O, bu prosesdə mütləq iştirak edəcək"- deyə Pierre qeyd edib.

Qeyd edək ki, keçmiş prezident Donald Tramp bu ənənəni pozaraq 2021-ci ilin yanvarında Baydenin andiçmə mərasiminə qatılmamışdı.
 
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ