ABŞ hökuməti Rusiyada casusluqda təqsirli bilinən Pol Uilanı unutmayıb və onun azadlığa buraxılması üçün işlərini davam etdirir.
Bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
"Biz Polun azad edilməsi üçün yaxşı niyyətlə danışıqlara davam edəcəyik”, - o deyib
Qeyd edək ki, bir müddət əvvəl CNN Rusiya həbsxanasında saxlanılan basketbolçu Britni Qraynerin ABŞ-da həbsdə olan rusiyalı biznesmen, məşhur silah baronu Viktor But ilə dəyişdirilməsi barədə məlumat yaymışdı./report
7NEWS.Az








