Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.
Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.
***
2019.01.01
15:17
Rusiyada yerləşən Çelyabinsk Oblastında qaz sızması nəticəsində böyük partlayış meydana gəlib.
Hadisə nəticəsində ölü sayı 8-ə çatıb. İtkin düşənlərin sayı isə 70-i keçib.
Dünən səhər meydana gələn partlayış nəticəsində binanın bir tərəfi tamamilə çöküb. Ətrafdakı binalar da zərər görüb.
Qorxunc olaydan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib. Rusiya prezidenti Vladimir Putin isə yaralıları ziyarət edib.
Çelyabinsk Oblastının vali köməkçisi Oleq Klimov hadisə yerindən 3 nəfərin canlı çıxarıldığını, 19 nəfərin yaralandığını. 79 nəfərin isə itkin düşdüyünü bildirib./publika
7News.Az








