RU
Baytar həkimlər xəstə ətlərə də möhür vurur? - Rəsmi açıqlama
16:43
710

Baytar həkimlər xəstə ətlərə də möhür vurur? - Rəsmi açıqlama

Mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən xəstə, mənşəyi bəlli olmayan ətlər aşkarlanaraq satış məntəqələrindən uzaqlaşdırılır.

Maraqlıdır ki, bu ətlərin satışı üçün həmin ərazilərə nəzarət edən hansısa baytar həkimindən sənəd alınır, ya yox? Ümumiyyətlə, baytar həkimləri bu işdə məsuldurlarmı?

DBTX-nin mətbuat katibi Yolçu Xanvəli açıqlamasında qeyd edib ki, xəstə heyvanların kəsiminə icazə verilmədiyi üçün onlara heç bir baytarlıq sənədi də verilmir: "Həmin ətlər baytarlıq möhürü ilə işarələnmir. Xəstə və leş heyvan ətlərinin satışa çıxarılması xəlvət, gizli və qeyri-qanuni fəaliyyət göstərən "iş adamlar”ının əməlidir. Onların harada satılmasını isə hüquq-mühafizə orqanları araşdırır”. 

Y.Xanvəli qeyd edib ki, bu işdə baytar həkimlərin heç bir rolu və fəaliyyəti olmur: "Məlumatlarımızda dönə-dönə vurğulayırıq ki, "Elba" MMC -də aşkar edilən mənşəyi məlum olmayan ətlər baytar nəzarətindən kənar, xəlvət və gizli şəkildə tədarük olunub. Daşkəsən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tərtib olunmuş aktı da "Elba" MMC-nin nümayəndələrinin özləri imzalayıblar. Orada heyvan kəsimi və ət tədarükü barəsində Daşkəsən rayon Baytar İdarəsinə heç bir məlumat verməyib və qeydiyyatda olmayıblar. Digər araşdırmalar isə Daşkəsən rayon Polis Şöbəsi tərəfindən aparılır”. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ