RU
“Bəbiş” HƏBS EDİLDİ
13:10
721

“Bəbiş” HƏBS EDİLDİ


 

Meksikada "Bəbiş” ləqəbli qadın narkobaron Erika Alias həbs edilib.

 Meksikanın Guerrero bölgəsində "La Nena” (Bəbiş) ləqəbli Erika Alias həmçinin hərac kəsmə, adam oğurluğu, soyğunçuluq kimi cinayətlərdə ittiham olunur.

Meksika Sülh Koordinasiya Qrupunun sözcüsü Roberto lvarez Heredia Aliasın ölkənin şimalındakı kriminal qruplaşmaların idarəçiliyini ələ keçirdiyini bildirib.

Alias 15 qrupu birlədirərək Guerrero bölgəsində xaşxaş istehsalına nəzarət etmək üçün digər qruplara müharibə elan etmişdi. Bu da bölgədə gərginliyi daha da artırmışdı. Alias qəddarlığı ilə Enedina Arellano, Sandra Vila və Delia Patrisa Buenda kimi narkobaronları geridə qoyub./Teleqraf.com

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ