Türkiyədə Bakırköydə ailə dəhşəti yaşanıb.
26 yaşlı Hatice Tiryaki 5 yaşlı oğlu Muhammed Tiryaki və 5 aylıq qızı Rabia Tiryakini boğaraq öldürüb.
Qadının məhkəmədəsi ifadəsi isə qan dondurub:
"Həyat yoldaşımla 8 il öncə evlənmişik. Bu illər ərzində məni heç yerə getməyə qoymadı, kimləsə görüşməyə icazə vermədi. Sonra uşaqlarımız dünyaya gəldi. İkisində də astma xəstəliyi var idi. Onlar gecə nəfəs ala bilməz, ölərlər deyə 3 ay heç yatmadım. Psixologiyam pozuldu. Qəribə məxluqlar görməyə başladım. Gözümə cinlər görünürdü. Yaşıl rəngli adam yanıma gəldi. Mənə "İki cin balası var, onları öldür" dedi, mən də uşaqlarımı boğdum. Özümə gəldiyim zaman otağa gəldim. Cin balasıdır deyə öldürdüklərim məgər öz uşaqlarım imiş. Mən onları cin olaraq gördüm. Uşaqlarıma bu günə kimi bir sillə belə vurmayan anayam. Həyat yoldaşıma dəfələrlə dedim ki, məni həkimə apar, amma aparmadı. Ailəmə də bu barədə heç nə demədim. Yaşıl cin "Sus, heç kimə heç nə demə" deyirdi. Bu hadisədən sonra özümü şərflə boğmaq istədim, dəfələrlə şərfi boğazıma bağlayıb möhkəmcə sıxdım, amma intihar edə bilmədim. Yata bilədiyim zamanlar özümü pəncərədən atmağa çalışdım, amma edə bilmədim. Dərman atsam körpəmi əmizdirə bilmərəm deyə xəstəxanaya da getmədim"./big
Qadın ruhi dispanserə göndərilib.

7News.Az