RU
BƏƏ qadın səfirə görə Latviyaya nota göndərdi - Hicab qalmaqalı
21:15
513

BƏƏ qadın səfirə görə Latviyaya nota göndərdi - Hicab qalmaqalı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Latviyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

7news.Az "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, notaya səbəb Riqa hava limanında yeni səfir Hənanə Halfan Obayde Əli əl-Madaniyə edilən hörmətsizlikdir. Bu barədə XİN-nin mətbuat xidmətindən bildirilib.

Notada vurğulanır ki, səfir Riqaya çatanda aeroprtun işçiləri ondan müsəlmanlara məxsus ənənəvi geyimi və hicabı çıxarmağı tələb ediblər: "Səfir isə cavab olaraq bildirib ki, bunu yalnız qadınların iştirakı ilə edə bilər”.

Qeyd edək ki, BƏƏ-nin Riqada səfirliyi fevralın 9-da açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ