2021-ci ildə Belarus və Polşa ərazisindən keçməklə Almaniyaya 11 mindən çox qanunsuz miqrant gəlib.
Bu barədə məlumatları Almaniyanın dövlət sərhədinin mühafizəsinə cavabdeh olan federal polis yayıb.
Ümumilikdə hüquq-mühafizə orqanları Belarus-Polşa marşrutu ilə Almaniyaya daxil olmuş 11 213 qaçqını qeydə alıb. Onlar Almaniyanın qərbindəki Brandenburq federal əyalətinə gəliblər. İlk növbədə bunlar iraqlılar, suriyalılar və əfqanlardır.
Eyni zamanda, sentyabrda 2 049, oktyabrda 5 294, noyabrda isə 2 849 əcnəbi AFR-ə qanunsuz daxil olub. Dekabrda hüquq-mühafizə orqanları yalnız Belarusdan Almaniyaya gələn 521 qeyri-qanuni miqrantı qeydiyyata alıb./report
7NEWS.Az








