Belçika enerji şirkəti Engie ilə daha əvvəl dayandırılması planlaşdırılan "Tihange 3" və "Doel 4" nüvə reaktorlarının işləmə müddətinin 10 il uzadılması ilə bağlı razılığa gəlib.
7NEWS.az xəbər verir ki, Belçikanın Baş naziri Alexander De Croo Nazirlər Şurasının iclasından sonra mətbuata açıqlama verib. Razılaşmaya əsasən, iki reaktor Belçika dövləti ilə Engie arasında birgə müəssisə olacaq struktur tərəfindən idarə olunacaq. Nüvə tullantılarının xərclərini ödəmək üçün çərçivə yaradılacaq.
7NEWS.az








