Belçikada sərnişin qatarı relsdən çıxıb
Qəza nəticəsində bir nəfər həlak olub, 19 nəfər yaralanıb. Qatarda 100 sərnişin var. Hadisə Lyüven vağzalından çıxışda baş verib.
Qatar De-Panne kommunasına istiqamət götürübmüş. Qəzanın səbəbləri hələ məlum deyil. İnsidentdən sonra müxtəlif istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.
Ölkənin baş naziri Şarl Mişel hadisə yerinə gedib./olke.az
7news.Az








