RU
Ben Uolles Boris Britaniyanın Baş naziri postuna namizədliyini verməyəcək
17:50
290

Ben Uolles Boris Britaniyanın Baş naziri postuna namizədliyini verməyəcək

Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir postuna namizədliyini verməyəcəyini açıqlayıb.

7NEWS.Az xəbər verir ki, bu barədə müdafiə naziri "Twitter"də bildirib.
"Diqqətlə düşünüb həmkarlarım və ailəmlə müzakirə etdikdən sonra Mühafizəkarlar Partiyasının liderliyi üçün kampaniyaya qatılmamaq qərarına gəldim. Mən bütün deputat həmkarlarıma və məni dəstəkləyəcəyini bildirən partiya üzvlərinə çox minnətdaram. Bu barədə qərar vermək asan seçim olmadı, amma diqqətimi hazırkı işimə və bu böyük ölkənin təhlükəsizliyini qorumağa yönəldirəm. Mən bütün namizədlərə uğurlar arzulayıram və ümid edirəm ki, biz hamımız diqqəti tezliklə vacib məsələlərə cəmləyəcəyik", müdafiə naziri bildirib.

Qeyd edək ki, nazir Uolles Mühafizəkarlar Partiyasına lider və nəticə etibarilə Baş nazir postuna potensial namizədlərdən biri hesab olunurdu.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ