Mübariz Əhmədoğlu: "İslam dünyanın Azərbaycanla İsrail münasibətlərinin yaxşılaşmasına pis baxmır”
"İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri iki ölkələrin qarşılıqlı münasibətlərinn tənzimlənməsinə xidmət edən bir səfərdir. Gələcəkdə İsrail ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşması çox vacibdir”.
Bu sözləri tanınmış politoloq Mübariz Əhmədoğlu Ölkə.Az-a İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərinin Azərbaycana nə verəcəyi barədə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İsrail Azərbaycana yeni texnologiyalar almaqda da böyük dəstək verəcək:
"İsrail ilə münasibətləri yaxşılaşdımağa ehtiyacımız var. Bu baxımdan düşünürəm ki, İsrail Azərbaycan münasibətlərinin yaxşılaşdırılması çox faydalıdır”.
İslam dünyanın Azərbaycanla İsrail münasibətlərinin yaxşılaşmasına pis baxması fikrinə gəlincə, M. Əhmədoğlu bunun belə olmadığını qeyd edib. Onun sözlərinə görə, bu baxımdan heç bir narahatçılıq yoxdur:
"Biz ən ağır dövrdə, 1993-1996-cı illərdə İsrail ilə əməkdaşlıq edirik. Bununla yanaşı 4 İslam təşkilatlarının üzvüyük. İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər İslam təşkilatları Azərbaycana həmişə normal münasibətlər bəsləyiblər. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Əər İsrail ilə münasibətlrə həmin təşkilata üzv İslam ölkələrinin xoşuna gəlməsəydi münasibətdə özünü biruzə verərdilər.
İsrail-Azərbaycan münasibətlərindən narahat olan o İslam dövləti ola bilər ki, Ermənistanın zəifləməsində maraqlı deyillər. Azərbaycanın işğaldan azad olunmasında maraqlı deyillər. Düşünürəm ki, Fələstinin burada səfirliyi var. Əgər dövlətləri bu münasibətlərdən narahat olsaydılar, bunu bildirərdilər. Çünki Fələstin dövləti İsrail-Fələstin münasibətlərində Azərbaycanı vəkil etməyibdir.. Bu səbəbdən də, problemlə bağlı bizə heç bir irad bildirə bilməzlər”.

İranın Azərbaycanla İsrail münasibətlərinin yaxşılaşdırılmasına olan münasibətinə gəlincə, politoloq burada müəyyən ziddiyyət olduğunu vurğulayıb:
"İranın İsraillə münasibətləri yaxşılaşdırmağa qarşı bizə irad bildirməyə heç bir əsası yoxdur. Heç bir əsası yoxdur. Əvvəla İranın onlarla da əlaqələri olub. Burada söhbət İran İslam Dövlətindən gedir. Əvvəllər İran silahları, qırıcı təyyarələri Amerikadan alırdı. İranda F-17 təyyarələri olmayıb. Sonradan əlaqələr zəifləsə də. Vaxtilə Amerikanın verdiyi silahlara avadanlıqlar lazım idi. Onu da İsrail şirkətləri verirdi İrana. İslam inqlabı dövründən söhbət gedir. Bəzi məsələlərdə İranın dünya dövlətlərilə əlaqəsini İsrail təşkil edib”.
M. Əhmədoğlu deyir ki, İsrail-Azərbaycan münasibətlərinə qarışması baxımından İranın həm də ona görə haqqı yoxdur ki, biz də onların Ermənistanla olan münasibətlərinə qarışmırıq:
"Amerika texnikalarını almaq üçün İran indi Ermənistan lobbisi ilə əməkdaşlıq edir. Erməni Amerikanın 5-ci lobbisidir. Biz isə Amerikanın birinci lobbisi ilə əməkdaşlığımızı gücləndiririk. Üstəlik bizim münasibətlərimiz qarşılıqlı əməkdaşlıq üzərində qurulub. Ona görə də, İranın hər baxımdan Azərbaycana irad bildirməyə əsası yoxdur”.
Son olaraq Mübariz Əhmədoğlu onu da bildirib ki, Azərbaycan heç vaxt hansısa qonşu dövlətə görə digər ölkələrlə münasibətini pisləşdirməyəcək.
7news.Az








