RU
Bərdədə avtomobilin traktorla toqquşması nəticəsində 20 yaşlı qız ölüb
10:40
53

Bərdədə avtomobilin traktorla toqquşması nəticəsində 20 yaşlı qız ölüb

Bərdədə avtomobil traktorla toqquşub, nəticədə 20 yaşlı qız ölüb.

Hadisə oktyabrın 25-də saat 20:05 radələrində rayonun Qarayusifli kəndi ərazisində 1964-cü il təvəllüdlü sürücü Eldar İmanov Əvəz oğlu idarə etdiyi avtomobillə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan traktorun qoşqusunun arxa hissəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Rəqsanə Kərimova Eldar qızı hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ