Bərdə rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Səlimzadə Günel Şakir qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağtərəfli oturaq və bud sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








