RU
Bərdədə üstünə hasar aşan uşaq ölüb
13:11
1863

Bərdədə üstünə hasar aşan uşaq ölüb

Bərdədə 5 yaşlı uşaq faciəli şəkildə ölüb.

7News.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı  traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı  Rüfət Hətəmovun üstünə aşıb. R. Hətəmov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ