RU
Bərdədə “VAZ” avtomobili yandı
13:10
1559

Bərdədə “VAZ” avtomobili yandı

Bərdə rayonu, Piyadalar kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, yanğın zamanı sürücü yanıq xəsarəti alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ